Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) dayanacaq məntəqələriylə əlaqədar səlahiyyətli qurum olacaq.
Gununsesi.info xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi barədə” Fərmanında əksini tapıb.
Şuşada isə bu işləri Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi görəcək.
İndiyə qədər AYNA-nın vəzifələri sırasına yalnız Bakı şəhərinin inzibati ərazisində müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin yerlərini müəyyənləşdirmək, onları quraşdırmaq və idarə olunmasını təmin etmək daxil olub.













