
Yeni ilin ilk günü polis əməkdaşları tərəfindən ümumi çəkisi 7 kiloqram 760 qramdan çox narkotik vasitə və 2580 ədəd güclü təsiredici xasesəyə malik həb aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2 kiloqram 730 qramdan artıq heroin, 4 kiloqram 210 qramdan çox marixuana, 535 qram tiryək, 178 qram metamfetamin, həmçinin 103 qram çəkidə 2580 ədəd güclü təsiredici xassəyə malik həb olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Gununsesi.info