Seçkilərə qatılacaq partiyalar bəlli oldu – SİYAHI

Türkiyədə martın 31-də keçiriləcək bələdiyyə seçkilərinə qatılacaq partiyalar bəlli olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Yüksək Seçki Şurasının sədri Ahmet Yener məlumat verib.

“Seçki təqvimimiz 2024-cü il yanvarın 1-dən başlayıb. Ümid edirəm ki, 31 martda keçiriləcək yerli seçkilər bütün siyasi partiyalarımız və seçicilərimiz üçün faydalı olacaq”, – deyə o bildirib.

Ahmet Yener seçkilərə qatılacaq partiyaları açıqlayıb. Həmin partiyalar aşadıkalardır:

Ədalət Birliyi Partiyası
Ədalət Partiyası
Ədalət və İnkişaf Partiyası
Anadolu Birlik Partiyası
Ana Vətən Partiyası
Aydınlıq Demokratiya Partiyası
Müstəqil Türkiyə Partiyası
Böyük Birlik Partiyası
Böyük Türkiyə Partiyası
Cümhuriyyət Xalq Partiyası
Demokratiya və Tərəqqi Partiyası
Demokratik Sol Partiyası
Demokrat Partiyası
Əmək Partiyası
Gələcək Partiyası
Gənc Partiya
Qüvvələr Birliyi Partiyası
Hüquq və Azadlıqlar Partiyası
Xalq Azadlıq Partiyası
Xalq Bərabərliyi və Demokratiya Partiyası
Hürr Dava Partiyası
İYİ Partiya
Vətən Partiyası
Millət Partiyası
Milliyyətçi Hərəkat Partiyası
Milli Yol Partiyası
Səadət Partiyası
Sol Partiya
Türkiyə Fəhlə Partiyası
Türkiyə Kommunist Hərəkatı
Türkiyə Kommunist Partiyası
Vətən Partiyası
Yenidən Rifah Partiyası
İnnovasiya Partiyası
Yeni Türkiyə Partiyası
Zəfər Partiyası

Gununsesi.info