
Azərbaycan Prezidentinin Sərəncamı ilə Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Firdovsi Şahmirzə oğlu Əliyev oktyabrın 26-da Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.
Gununsesi.info xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edərək dövlətimizin başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
F.Əliyev ona göstərilən etimada görə minnətdarlıq edib.