Fransada bomba həyəcanı 8 məktəb boşaldıldı

  • By ilhame
  • 05 Oktyabr 2023 21:08

Fransanın İsere əyalətinin Qrenobl bölgəsində bomba təhlükəsi səbəbindən 8 məktəb boşaldılıb.

Gununsesi.info xəbər verir ki, bu haqda Fransanın İsere Qubernatorluğu açıqlama yayıb.

Açıqlamada məktəblərdəki işçi heyətinin və şagirdlərin təxliyə edildiyi, təhlükəsizlik tədbirləri yaradıldığı, bomba zərərsizləşdirmə qruplarının araşdırma apardığı bildirilib.

Qubernatorluq hələlik xəbərlərin real və ya əsassız olması ilə bağlı heç bir məlumat paylaşmayıb.

Gununsesi.info