
Bu gün Bakı vaxtı ilə saat 8:15-də Bakı-Minsk B2740 reysi ilə uçan təyyarə sərnişinlərdən birinin halı pisləşdiyi üçün Samara şəhərinin Kurumoç hava limanına məcburi eniş edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “İnterfax” məlumat yayıb.
Rusiya Nəqliyyat üzrə Mərkəzi Regionlararası İstintaq İdarəsindən bildirilib ki, enişdən 8 dəqiqə sonra həmin şəxs vəfat edib.
Hadisə ilə bağlı araşdırma başlayıb.
Rusiya İstintaq Komitəsinin məlumatına görə, ölən sərnişinin sağalmaz xəstəliyi olub.
Gununsesi.info