Güclü külək Bakıda xəstəxananın dam örtüyünü uçurdu - FOTO/VİDEO

Dünən gecə saatlarından başlayan güclü külək paytaxt Bakıda bir sıra fəsadlara səbəb olub.

Gununsesi.info-nun xəbərinə görə, külək Yasamal rayonu, Tağı Şahbazi küçəsi 95 ünvanında yerləşən Uşaq Nevroloji Xəstəxanasının dam örtüyünü uçurub.

Həmçinin, xəstəxananın ətrafında olan avtomobillərdən biri dağıntılar altında qalıb.

Gununsesi.info