
Yasamal Rayon İcra Hakimiyyətində ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın ailə üzvləri ilə Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə çay süfrəsi təşkil olunub.
Gununsesi.info xəbər verir ki, tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhid ailələrini salamlayaraq Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən, bu qələbədə payı olan qəhrəman oğullarımızla bu gün hər birimizin qürur duyduğunu bildirib.
İcra başçısı dövlətin və xalqın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını və şəhid ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağını diqqətə çatdırıb.
Sonda onlara bayram sovqatı verilib.



