
PSJ Fransa qış fasiləsində Səudiyyə Ərəbistanının iki klubunun – “Əl-Nəsr” və “Əl-Hilal”ın futbolçularından toplanmış komanda ilə yoldaşlıq oyunu keçirməyi planlaşdırır.
Gununsesi.info xəbər verir ki, bu barədə fransalı jurnalist Adrien Qrenye özünün “Tvitter” səhifəsində yazıb. Bildirib ki, PSJ yanvarın ortalarında “Əl-Nəsr” və “Əl-Hilal”ın aparıcı oyunçularından ibarət komandaya qarşı oynaya bilər.
Qeyd ki, Argentina millisinin üzvü Lionel Messi PSJ-də, Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo “Əl-Nəsr”də oynayır. Beləliklə, sözügedən futbolçular 2023-cü ilin əvvəlində üz-üzə gələ bilərlər.
Gununsesi.info