
Premyer Liqa ilə vidalaşan “Qəbələ”də ilk ayrılıq olub.
Gununsesi.info-nun verdiyi xəbərə görə, yarımmüdafiəçi Əyyub Allaş “qırmızı-qaralar”la vidalaşıb.
Belçikalı oyunçu bu barədə sosial şəbəkə vasitəsilə paylaşım edib. 26 yaşlı futbolçu kluba təşəkkür edib:
“Mənə dəstək olan hər kəsə, kluba, məşqçilər heyətinə, azarkeşlərə təşəkkürümü bildirirəm. Məşqlərdə və oyunlarda daim əlimdən gələnin ən yaxşısını etdim. Sonda hər kəsə uğurlar arzulayıram”.
Qeyd edək ki, Əyyub Allaş ötən ilin yanvarından bəri “Qəbələ”nin formasını geyinib.
