“Qırmızı körpü”nü sel basdı

Gürcüstanda sel daşqınları həyatı iflic edib.

Gununsesi.info -nun verdiyi xəbərə görə, sel azərbaycanlıların kompakt yaşadığı Marneuli, Bolnisi, Dmanisi və Tetriskaro rayonlarında ciddi fəsadlara səbəb olub. Xram və Debet çaylarının daşması nəticəsində 15 kəndlə əlaqə kəsilib. Kəndlərlə təsərrüfata ciddi ziyan dəyib, elektrik enerjisi kəsilib.