
Azərbaycanın daha üç sərbəst güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında medal qazanıb.
Gununsesi.info -nun verdiyi xəbərə əsasən, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, Cəbrayıl Qadjiyev (74 kq) qızıl, Nurəddin Novruzovla (61 kq) Arseni Djioyev bürünc mükafata sahib çıxıblar.
Qeyd edək ki, sərbəst güləşçilərimizdən Kənan Heybətov (70 kq) və Ali Tsokayev (79 kq) ötən gün gümüş medal qazanıblar.