Yaponiyanın yeni imperatorun şərəfinə keçirilməli olan parad təxirə düşdü

Yaponiyanın yeni imperatorun şərəfinə keçirilməli olan parad təxirə düşdü

Yaponiya güclü “Haqibis” qasırğasından sonra indiyədək özünə gələ bilmir.

Gununsesi.org “MİR 24”ə istinadən bildirir ki, ən son məlumatlara görə, 79 nəfər ölüb, 42 mindən çox ev daşqın səbəbindən su altında qalıb.

Təbii fəlakət səbəbindən Yaponiyanın yeni imperatoru Naruhitonun taxt-taca çıxması münasibətilə keçirilməli olan parad ertələnib.

Yerli hakim dairələrin məlumatına görə, ölən və xəsarət alanların sayı arta bilər.

 

Gununsesi.org

COMMENTS