ABŞ ordusu Suriyadan İraqa keçdi

ABŞ ordusu Suriyadan İraqa keçdi

ABŞ İraq üzərindən Suriyaya hərbi müdaxilə də edə bilər

Gununsesi.org-un Musavat.com-a  istinadən verdiyi xəbərə görə ABŞ-ın müdafiə naziri Mark Esper bəyan edib ki, hazırkı plana əsasən Suriyadan çıxan bütün ABŞ qoşunları İraqın qərbinə göndəriləcək. ABŞ yenidən İŞİD-ə bağlı silahlı birləşmələrin canlanmasının qarşısını almaq məqsədi ilə hərbi əməliyyatları davam etdirəcək. “The Associated Press”in xəbərində belə deyilir.

Onunla birlikdə Yaxın Şərqə gedən jurnalistlərin suallarını cavablandıran Esper deyib ki, ABŞ hərbi qüvvələrinin gələcəkdə İraqdan Suriyaya keçərək anti-terror əməliyyatları keçirməsi fikrini də istisna etmir. Lakin o, bu prosesin detalları barədə gələcəkdə məlumat veriləcəyini söyləyib.

Esper vurğulayıb ki, iraqlı həmkarı ilə Suriyanı tərk edən 700-dən çox Amerika əsgərinin İraqın qərbinə köçürülməsi planı haqqında müzakirələr aparıb.

“Əsgərlərimiz üçün evə qaytarmaq vaxtı gəldi”, – ABŞ prezidenti Donald Tarmp belə desə də, əslində Amerika əsgərləri Suriyadan qonşu İraqa köçürülür. Onlar Amerikaya – evə qayıtmırlar.

In this Friday, Oct. 18, 2019 photo, Turkish-backed Syrian opposition fighters ride atop their armored personnel carrier to cross the border into Syria, in Akcakale, Sanliurfa province, southeastern Turkey. Turkish President Recep Tayyip Erdogan wants Syrian government forces to move out of areas near the Turkish border so it can resettle up to 2 million refugees there, his spokesman told The Associated Press on Saturday, adding that Erdogan will raise the issue in talks next week with Syria's ally, Russian President Vladimir Putin. (AP Photo/Mehmet Guzel)

Türkiyənin sərhəd bölgəsinə daxil olduqdan sonra Amerika hərbçiləri Suriyanın şimalından çıxmağa başlayıb. Cümə günü ABŞ və Türkiyə liderləri arasında beş günlük atəşkəs razılaşması əldə olunmasına baxmayaraq, Türkiyə tərəfindən dəstəklənən yerli döyüşçülərlə ABŞ-ın müttəfiqi olan Suriya kürd qüvvələri arasında silahlı qarşıdurma davam edir.

Trampın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığından sonra vəziyyət dəyişdi. Türkiyə terrorçu hesab etdiyi kürd qüvvələrini geri sıxışdırmaq üçün Suriyaya hərbi müdaxilə edəcəyini bildirdi. Razılaşmaya əsasən ABŞ prezidenti Suriyadakı təxminən min ABŞ əsgərinin əsas hissəsinin geri çəkilməsinə göstəriş verdi.

Bir neçə ildir ki, ABŞ qoşunları ilə birlikdə İŞİD-ə qarşı mübarizə aparan kürd müttəfiqlərini tərk edən Amerika 200-300 arası əsgərinin Suriyanın cənubundakı Əl-Tanf bölgəsində qalacağını bildirib.

Amerikalı nazir İraqa keçən qoşunların iki missiya daşıdığını söyləyib: “Birincisi, İraqın müdafiəsinə kömək etmək, ikincisi isə İŞİD-ə qarşı anti-terror əməliyyatları keçirmək…”

ABŞ hazırda İraqda iki ölkə arasındakı razılaşmaya əsasən 5 mindən çox hərbçi saxlayır. ABŞ 2011-ci ildə öz qoşunlarını İraqdan demək olar ki, çıxarmışdı. Ancaq İŞİD-in ortaya çıxması faktı Amerikanın 2014-cü ildə yenidən İraqa dönməsinə səbəb oldu.

FILE - In this Sept. 6, 2019 file photo, U.S. soldiers survey the the safe zone between Syria and the Turkish border near Tal Abyad, Syria, on a joint patrol with the Tax Abyad Military Council, affiliated with the U.S.-backed Syrian Democratic Forces. Defense Secretary Mark Esper says that under the current plan all U.S. troops leaving Syria will go to western Iraq, and that the military will continue to conduct operations against the Islamic State group to prevent a resurgence in that country. (AP Photo/Maya Alleruzzo, File)

“The Associated Press”in xəbərində belə bir detal da var: ABŞ-ın 2003-cü ildə İraqda başladığı müharibədən sonra bir çox iraqlı Amerikanı işğalçı hesab edir. Bu məsələyə siyasi həssaslığı nəzərə alan ABŞ İraqdan çıxsa da, bir müddət sonra İŞİD-ə qarşı mübarizə aparmaq üçün geri döndü.

Esper üzümüzə gələn həftə NATO toplantısında digər müttəfiqlərlə görüşərək, İŞİD-ə qarşı birgə mübarizə ilə bağlı müzakirə aparacaqlarını deyib.

Dəfələrlə səslənən “ABŞ-ın İraq üzərindən Suriyada xüsusi hərbi əməliyyatlar keçirməsi mümkündürmü”, sualına nazirin cavabı birmənalı olmayıb: “Bu məsələni müttəfiqlərimizlə müzakirə edəcəyik”.

Nazir onu da deyib ki, kürdlər İŞİD-çilərin saxlandığı həbsxanalara nəzarət edir. Türkiyənin nəzarətinə keçən ərazilərdə isə türk əsgərləri İŞİD düşərgələri ilə bağlı eyni missiyanı öz üzərinə götürüb.

Suriyadan Amerika qoşununun çıxarılması üçün həftələr lazım olduğunu deyən nazir qeyb ki, artıq 200 Amerika əsgəri Suriyanı tərk edib.

Amerikalı nazir Türkiyə ilə razılaşdırılmış 5 günlük atəşkəsin müxtəlif yerlərdə pozulması haqqında məlumatların olduğunu söyləyib: “Ancaq biz bu prosesi yaxından izləyə bilmirik.”

https://news.yahoo.com/defense-chief-us-troops-leaving-024248227.html

 

 

Gununsesi.org

COMMENTS