Ərdoğan Putinlə Soçidə görüşəcək

Ərdoğan Putinlə Soçidə görüşəcək

Minbiç və Kobani şəhərləri gündəmdədir

Gununsesi.org xəbər verir ki, “Reuters”in Ankaradan yaydığı xəbərdə deyilir ki, gələn həftə Soçidə keçiriləcək danışıqlar zamanı Türkiyə və Rusiya Suriyanın şimalındakı Minbiç və Kobani şəhərlərindən YPG (kürd) milislərinin çıxarılmasını müzakirə edəcək.

Rəsmi Ankara cümə axşamı Vaşinqtonla Suriyanın şimal-şərqində yaratmaq istədiyi “təhlükəsiz zonadan” kürd silahlıların çıxması üçün beş günlük atəşkəs elan olunması haqqında razılığa gəldi. Prezident Tayyib Ərdoğan rusiyalı həmkarı ilə Suriyaya dair təcili danışıqlar aparmaq üçün çərşənbə axşamı Soçiyə gedəcək.

Türkiyənin xarici İşlər naziri Mövlud Çavuşoğlu “Kanal 7” telekanalına verdiyi müsahibədə deyib ki, YPG-nin Suriyanın şimalından Moskva tərəfindən dəstəklənən Suriya hökumətinə bağlı hərbi birləşmələr tərəfindən çıxarılacağını gözləyir.

 

Gununsesi.org

COMMENTS