Yaponiyada güclü zəlzələ olub

  • By Mina
  • 16 Aprel 2024 09:38

Yaponiya sahillərində 5,9 maqnitudalı zəlzələ qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri 20 minə yaxın insanın yaşadığı Nisinoomote şəhərindən 157 km cənub-şərqdə olub.

Zəlzələ ocağı yerin 8 kilometr dərinliyində yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Gununsesi.info