YAP-dan deputatlığa namizədlərin etiraz aksiyasına REAKSİYA

YAP-dan deputatlığa namizədlərin etiraz aksiyasına REAKSİYA

“Hesab edirəm ki, hər şey qanun, hüquq daxilində olmalıdır, həll edilməlidir”.

Gununsesi.org-un xəbərinə görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü və şöbə müdiri, parlamentin komitə sədrinin müavini Aydın Mirzəzadə seçkilərin nəticələrindən narazı qalmış bir qrup deputatlığa namizədin Mərkəzi Seçki Komissiyası (MSK) qarşısında aksiya keçirməsinə və münasibət bildirərkən deyib.

“Vətəndaş tutaq ki, nəyəsə narazılıq edir, bildirir, öz istəyini səlahiyyətli orqana çatdırır, o, mütləq araşdırılr və araşdırılacaq. O başqa məsələ ki, qanunsuz aksiya keçirmək olmaz. Hər halda ortada olan odur ki, həmin adamlara qarşı güc sərf edilməyib, sadəcə, həmin insanlara vəziyyət izah edilib, həmin insanlar da dağılışıb gediblər. Qaldı ki onların qaldırdığı məsələyə, həmin məsələ araşdırılacaq və nəticəsi bildiriləcək” – A.Mirzəzadə qeyd edib.

Gununsesi.org

COMMENTS