Xatırladaq ki, Maksim Qalkin 2022-ci ilin sentyabrında Rusiyada “xarici agent” siyahısına daxil edilib. Buna səbəb kimi onun sosial şəbəkələrdə Rusiya siyasətini və Ukraynaya qarşı müharibəni tənqid edən mövqeyi göstərilib. Həmin qərardan sonra o, həyat yoldaşı Alla Puqaçova və övladları ilə birlikdə ölkəni tərk edib və xaricdə yaşamağa başlayıb.

















