Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ümummilli lider Heydər Əliyevin doğum günü ilə bağlı paylaşım edilib.
Gununsesi.info xəbər verir ki, paylaşımda deyilir:
“Bu gün Ulu Öndər Heydər Əliyevin doğum günüdür və bizim görüşümüzün məhz bu gündə keçirilməsi təbii ki, rəmzi məna daşıyır. Biz – onun davamçıları onun vəsiyyətini yerinə yetirdik. Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur. İşğalçıları torpaqlarımızdan qovaraq öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik”.












