
Hər adamın münasibətə baxış bucağı fərqlilik göstərir. Bəziləri eşqin önündə heç bir əngəliin keçə bilməyəcəyini müdafiə edərkən, bəziləri isə “yalnız eşq qarın doyurmaz”, deyərək münasibətlərinə məntiqini də işlətdiyini bildirir.
Tiktok-da ev qadını olan gənc qız sağlam bir münasibət üçün yalnız yüksək maaşlı kişilərin seçilməsinin gərəkli olduğunu açıqlayaraq çəkişmələrə səbəb olub
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 23 yaşlı Leaha Ureel ev qadını olduqdan sonra partnyorndan ayrıldığını, ancaq keçmiş sevgilisinin qoyduğu standartlara uyğunlaşdıqdan sonra ona geri döndüyünü vurğulayıb.
Leaha “Mənə görə bir kişinin dəyərli olub-olmamasını bəlli edən şey pul deyil, onun comərdliyidir”, deyir.
Gənc qız bildirir ki, ancaq qadınlar özlərinə qarşıd ürüst olmalıdırlar. Əgər zəngin və comərd bir kişi onları şən edəcəksə, həmin özləri üçün olan o doğrularını yaşamalıdırlar.
Leaha maddi problemlərin güvənsizlik yaratdığını düşünür.
L. Ureel açıqlayır ki, bir oğlanın maddi qazancı yaşayış üçün normal olmalıdır. Görüşlərə, gəzinti və hədiyyələrə yetərli olmalıdır.
Leahanın qadınlara çağırışı da var:
“Sizi aksessuar kimi görməyən kişilərə yönəlin”.
Tərcümə: Arzu