
Yəməndə Ədənin Qubernatoru Əhməd Lyamlyasın həyatına sui-qəsd cəhdi olub.
Belə ki, rəsmi şəxslərin olduğu avtomobil karvanına bombalı hücum həyata keçirilib.
Partlayış nəticəsində beş nəfər həyatını itirib, onlardan dördü qubernatorun mühafizəçiləridir. Qubernatorun isə xəsarət almadığı bildirilir.
Mənbə yazır ki, partlayış Ədənin qərbindəki Ət-Tavahi ərazisində baş verib.
Gununsesi.info