Korona peyvəndi olunanlarda bu xəstəlik aşkarlandı

  • By admin
  • 28 Sentyabr 2021 21:36

İsraildə Covid-19 virusuna qarşı vaksin olan insanlarda ürək əzələsi iltihabına rastlanılıb.

Gununsesi.info  Medicina.az-a istinadən xəbər verir ki, rəsmilər 2020-ci ilin dekabr və may aylarında vaksinasiya olunan 5 milyondan çox insandan 275-də miyokardit, yəni ürək əzələsi iltihabına rastlanıldığını açıqlayıb. Nazirliyin araşdırmasında 16 ilə 30 yaş arasındakı kişilərdə miyokarditin vaksinlə əlaqəli olduğunu deyilir. Araşdırmanın nəticəsinə görə 16-19 yaş qrupunda bu bağlantı digər yaşlara görə daha çoxdur.

Ürək əzələsi ihtihabı rastlanılanlardan 95 faizinin xəstəliyi yüngül keçirdiyi, xəstəxanada 4 gündən artıq qalmadıqları vurğulandı.

Ölkədə 12-15 yaş qrupunun isə vaksinasiyası hələlik dayandırıldı.

“Pfizer” şirkəti isə bunun vaksinlə əlaqəli olmadığını bildirib.

Qeyd edək ki, vaksinasiyada böyük uğur əldə edən İsraildə əhalinin 55 faizi peyvənd olunub.

Gununsesi.info