
ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın səfəri ərəfəsində Rusiyanın bir neçə nümayəndəsi mübadilə qarşılığında Amerikanın sanksiya siyahısından çıxarıldı.
Gununsesi.info xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O bildirib ki, Nulandın səfəri Vaşinqton tərəfinin xahişi əsasında baş tutacaq:
“O, (V.Nuland – red.) həqiqətən də sanksiya siyahısında idi. Bu o deməkdir ki, həmin şəxs sərhədi keçə bilməz. Onlar rusiyalı nümayəndələri sanksiya siyahısından çıxartdılar və bu məsələ bərabər əsasda həll edildi”.
Qeyd edək ki, V.Nuland sabah Rusiyaya səfər edəcək.