Bərdədə nənə ilə nəvəni maşın vurdu- ÖLƏN VAR (FOTO)

Bərdədə nənə ilə nəvəni maşın vurdu

Bərdədə piyadanın ölümü  ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.org qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Uğurbəyli kəndində baş verib.

Belə ki, kənd sakini 1943-cü il təvəllüdlü Bağırova  Həqiqət Qüdrət qızı nəvəsi – 2007-ci il təvəllüdlü Bağırova Məleykə Rövşən qızı ilə yolu keçmək istəyərkən Vəliyev Sərhəd Vəli oğlu idarə etdiyi “Vaz 21-07” markalı minik avtomobili ilə onları vurub.

Ağır xəsarətlər alan qadın rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qadının nəvəsi isə bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.org

COMMENTS