
Taylandda gecə klubunda baş verən partlayış nəticəsində 14 nəfər dünyasını dəyişib.
Gununsesi.info xəbər verir ki, partlayış Çenburi əyalətində olub.
Hadisə nəticəsində 40-dan çox şəxsin yaralandığı vurğulanır.
Partlayışın “Mountain B” adlı gecə klubunda baş verdiyi bildirilir.
Ölkənin baş naziri gecə klubunda ölənlərin ailələrinə yardım ediləcəyini söyləyib.
Gununsesi.info