
Ukrayna Silahlı Qüvvələri Rusiyanın “Ka-52” döyüş helikopterini vurub.
Gununsesi.info “İnterfaks-Ukrayna” agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin 25-ci hava-desant briqadası məlumat yayıb.
Məlumatda qeyd edilir ki, “Ka-52” Rusiya hərbi sənaye kompleksinin 2008-ci ildən istehsalına başladığı ən yeni helikopteridir və lazer istiqamətləndiricili top qurğusu ilə silahlanıb.
Gununsesi.info