
Nüvə silahından istifadə təhlükəsi bütün dünyada getdikcə aktuallaşır.
Gununsesi.info xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş Xirosimada çıxışı zamanı bildirib.
“Bəşəriyyət dolu silahlarla oynayır. Hazırda nüvə təhlükəsi olan böhranların sürətlə yayılması müşahidə olunur”, – Quterreş deyib. O, buna misal olaraq Yaxın Şərqdə və Ukraynadakı mövcud vəziyyəti xatırladıb.
BMT-nin baş katibi bundan əvvəl Nyu-Yorkda keçirilən nüvə silahlarının yayılmamasına dair konfransda da eyni narahatlığı ifadə edib.
Gununsesi.info