Xocavənddə yol qəzası olub, xəsarət alan var

  • By ilhame
  • 02 Aprel 2024 21:51

Xocavənd rayon Cəmiyyət kəndi ərazisində qəza olub, 8 nəfər xəsarət alıb.

 

Gununsesi.info xəbər verir ki, avtomobillərin fəhlələri daşıdığı bildirilir.

 

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti alan 8 nəfər xəstəxanaya yerləşdirilib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı “Report”a təsdiqləyib.

 

O, bildirib ki, faktla bağlı araşdırma aparılır.

Gununsesi.info