Zaqatalada gənc oğlan faciəvi şəkildə öldü

Bu gün saat 14:30 radələrində Zaqatala rayonu ərazisində 2006-cı il təvəllüdlü Ömərov Məhəmməd Kamal oğlunun partlayıcı maddənin partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Gununsesi.info -ya DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Faktla bağlı araşdırma aparılır.