
ABŞ-ın keçmiş prezidenti və 2024-cü il prezident seçkilərinə namizəd Donald Tramp Men ştatının Respublikaçılar Partiyasının ştatda keçiriləcək praymerizində iştirak edə bilməyəcəyi ilə bağlı qərarına etiraz edib.
Gununsesi.info bildirir ki, ABŞ mətbuatında yayılan xəbərlərə görə, Tramp əyalət hökumətinin qərarını ləğv etmək üçün Kennebek Regional Ali Məhkəməsinə müraciət edib. Region hakiminin 20 gün ərzində qərarını açıqlaması gözlənilir.
Trampın bu addımından sonra məsələ ABŞ Ali Məhkəməsinə çıxarıla bilər. Trampın yaxın vaxtlarda Kolorado ştatının oxşar qərarına etiraz edəcəyi gözlənilir.
Men ştatının dövlət katibi Shenna Bellovs dekabrın 28-də Trampın 6 yanvar 2021-ci ildə Konqresə basqındakı roluna görə ştatda keçiriləcək Respublikaçılar Partiyasının praymerizlərində iştirak edə bilməyəcəyinə qərar verildiyini açıqlayıb.
Bu yaxınlarda Kolorado Ali Məhkəməsi də oxşar qərar qəbul edib.
Qərarlara uyğun olaraq, Respublikaçı namizədlərin yarışacağı 5 mart 2024-cü ildə hər iki ştatda keçiriləcək ilkin seçkilərdə Trampın adı bülletenlərdə olmayacaq. İki ştatda seçki yarışı ilə bağlı yekun qərarı ABŞ Ali Məhkəməsi verəcək.
Gununsesi.info