
Xarkovda “Mütəfəkkirlər Meydanı” nın təntənəli açılışı olub. Meydan Ukrayna, Azərbaycan və Qazaxıstan arasında dostluq münasibətlərini simvollaşdırır.
Gununsesi.info-nun “UNİAN”-a istinadla məlumatına görə, “Mütəfəkkirlər meydanının” ortasında üç fəlsəfəçinin – Qriqori Skovoroda, Abay Kunanbayev və Mirzə Fətəli Axundovun abidəsi qoyulub.
Abidənin müəllifi Lyudmila Qurçenkonun abidəsini və “Xarkovun yeddi möcüzəsi” memarlıq kompozisiyalasını yaradan xarkovlu heykəltəraş Seyfəddin Qurbanovdur.
Gununsesi.info