Xarici ölkələrin NATO-da akkreditə olunmuş səfirləri Azərbaycana səfər edəcək

NATO-da akkreditə olunmuş 15 xarici ölkənin səfirlərindən ibarət heyət Azərbaycana səfər edəcək.

Gununsesi.info-nun diplomatik mənbədən əldə etdiyi məlumata görə, heyət Azərbaycanda noyabrın 6-7-də səfərdə olacaq.

Xatırladaq ki, sentyabrın ayının əvvəlində NATO-da akkreditə olunmuş xarici ölkələrin səfirləri Ermənistanda səfərdə olublar. Bu səfər çərçivəsində onlar Ermənistan Prezidenti, Baş naziri və müdafiə naziri kimi rəsmilərlə görüşərək Ermənistan–NATO tərəfdaşlığı, regional təhlükəsizlik və demokratik dayanıqlılıq məsələlərini müzakirə ediblər.

Gununsesi.info