Xarkovda uşaq bağçası bombalandı - VİDEO

Rusiya ordusu Ukraynanın Xarkov şəhərinə pilotsuz uçuş aparatları ilə zərbə endirib.

Gununsesi.info “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, zərbə nəticəsində şəhərdə özəl uşaq bağçasında yanğın baş verib.

Hadisə nəticəsində 1 qadın həlak olub, daha 6 nəfər isə yaralanıb.

Bağçadakı uşaqlar isə təxliyə edilib.

Hücum zamanı bağçanın yaxınlığında yerləşən ofisə də zərər dəyib.

 

Gununsesi.info