Luvr muzeyi yenidən açıldı

Bir neçə günlük fasilədən sonra Parisdə yerləşən məşhur Luvr muzeyi yenidən fəaliyyətini bərpa edib.

Gununsesi.info xəbər verir ki, Fransa mediası məlumat yayıb.

Bildirilib ki, cinayətin baş verdiyi “Apollon qalereyası” hələlik qeyri-müəyyən müddətə bağlı qalacaq.

Qeyd edək ki, bir neçə günə əvvəl muzeydən qiymətli zinət əşyaları oğurlanıb.

Cinayəti törədənlərin və oğurlanan əşyaların axtarışı davam edir.

 

Gununsesi.info