“Xarıbülbül” festivalı başa çatdı

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başa çatıb.

Gununsesi.info xəbər verir ki, Şuşada günün ikinci yarısında Xan qızı Natəvanın sarayının qarşısında Xalq artisti Səkinə İsmayılova və tələbələrinin iştirakı ilə konsert proqramı təqdim olunub.

Musiqi axşamında “Rast” dəstgahı səsləndirilib. Gənc xanəndələr ustadları ilə birgə fərqli bir muğam axşamı təqdim ediblər.

Xatırladaq ki, xalq mahnıları və muğamların ustad ifaçısı Səkinə İsmayılova bu il 70 illik yubileyini qeyd edir.

Konsert proqramının sonunda səsləndirilən “Qarabağ” mahnısı tamaşaçılar tərəfindən ayaqüstə alqışlarla qarşılanıb. Beləliklə, Azərbaycan xalqı üçün həm musiqi, həm də fəlsəfə sayılan muğam ifaları ilə

“Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalına yekun vurulub.

 

 

Gununsesi.info