ABŞ Prezidenti Donald Tramp dünyada yalnız iki supergücün qaldığını bildirərək ABŞ və Çini əsas qlobal güc mərkəzləri kimi təqdim edib.
Bu sözləri Gununsesi.info-ya politoloq turan Rzayev deyib.
“Biz iki supergücük. Hərbi güc baxımından Yer üzündə ən güclü ölkə ABŞ-dir. Çin isə ikinci hesab olunur. Heç kim bizə yaxınlaşa bilməz”, – deyə Tramp qeyd edib.
Turan Rzayev bildirir ki, ümumiyyətlə, Çin kredit modeli bir çox hallarda məxfi şərtlərlə həyata keçirilir. Xüsusilə 2020-ci ildən sonra pandemiya və qlobal iqtisadi geriləmə fonunda bir sıra ölkələr ciddi borc böhranı ilə üzləşib. Şri-Lanka, Zambiya, Qana, Surinam və Ekvador da daxil olmaqla, bəzi dövlətlər defolt elan edib. Bu vəziyyət fonunda Çin bankları bir sıra ölkələrlə borcların restrukturizasiyası üzrə danışıqlara başlayıb. Bəzi hallarda borcların qarşılığında strateji limanların uzunmüddətli idarəetmə hüquqlarının Çin şirkətlərinə verildiyi bildirilir.
Turan Rzayevin fikrincə, Çin liman investisiyaları təkcə fiziki infrastrukturla məhdudlaşmır, eyni zamanda rəqəmsal sistemlər üzərində də təsir yaradır. Limanlarda istifadə olunan proqram təminatı və logistika platformalarının böyük hissəsinin Çin texnologiyalarına əsaslanması qlobal ticarətdə məlumat asılılığı riskini artırır.
Siyasi şərhçi hesab edir ki, Çinin strategiyası hərbi genişlənmədən daha çox iqtisadi və kommersiya mexanizmlərinə əsaslanır. Bu isə uzunmüddətli iqtisadi asılılıq yaradır və ölkələrin Çinlə bağlılığını gücləndirir. ABŞ-də isə bu proseslər Vaşinqtonun qlobal rəqabətdə yeni strategiyalara ehtiyacını gündəmə gətirib.
Politoloq o cümlədən hesab edir ki, ABŞ və Çin arasındakı rəqabət təkcə iqtisadi deyil, həm də texnoloji və geosiyasi sahələri əhatə edir.
Orxan











