Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik bildirib ki, Ukraynanın Ryazana dron hücumu Rusiya Silahlı Qüvvələrinin Avropadakı Ukrayna üçün dron istehsal edən ərazilərə qarşı qabaqlayıcı zərbə endirməsi ehtimalını bir daha ortaya çıxarır.
Gununsesi.info bu barədə Gazeta.Ru-ya istinadən məlumat verir.
“Qabaqlayıcı zərbələr endirməyin, ərazimizə, mülki əhalimizə zərbə endirən dronların istehsal sahələrinə baxmağa başlamağın vaxtıdır. Bu, Avropadır. Artıq demək olar ki, Ukraynanın rəsmi arxa cəbhəsidir”, – deyə o vurğulayıb.
Kolesnikin sözlərinə görə, düşmənin arxa cəbhə bölgələri, xüsusən də dron və sursat istehsalı sahələri həmişə hücumlara məruz qalır.
Parlament üzvü yekun olaraq bildirib ki, “Onlar artıq bunu istəyiblər. Düşünürəm ki,[Avropadakı PUA istehsal müəssisələrinə zərbə endirmə qərarı artıq verilib. Bunun nə vaxt tətbiq olunacağı artıq ölkənin hərbi-siyasi rəhbərliyinin deyil, hərbi komandanlığın məsələsidir, çünki vətəndaşlarımızı qorumaq üçün öz öhdəliklərini yerinə yetirməyə borcludur”.
Maqsud











