
Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəylik Oyunlarında güləş yarışları davam edir.
Gununsesi.info xəbər verir ki, Azərbaycan yunan-Roma güləşçiləri bu gün aktivlərinə bir neçə medal yazıblar.
60-kq da Murad Məmmədov finalda qırğızıstanlı Jolaman Şarşenbekova 2:10 hesabıyla məğlub oldu və gümüş medal qazanıb.
Qadınların yarışında 57 kq çəkidə Jalə Əliyeva finalda nigeriyalı Ester Kolavoleyə 14:6 hesabıyla qalib gələrək qızıl medal əldə edib.
Gununsesi.info