Türkiyə səmasında əsrarəngiz meteor yağışı qeydə alındı - VİDEO

Türkiyənin Kütahya şəhərinin Domaniç rayonunda xalq arasında “ulduz axması” kimi də tanınan Perseid meteor yağışı müşahidə edilib.

Ən məşhur meteor yağışlarından biri olan perseidlər 1992-ci ildə Yer kürəsinin yaxınlığından keçən “Swift-Tuttle” kometinin qalıqlarıdır.

Meteor yağışlarının bu gün də şəhərdən uzaq ərazilərdə və hava şəraitinin uyğun olduğu işıqsız ərazilərdə görünəcəyi bildirilir.

Gununsesi.info