
FİFA Qətərdə keçiriləcək futbol üzrə Dünya Çempionatının təqviminə dəyişiklik edib.
Gununsesi.info xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Qeyd olunub ki, turnirin açılış matçı öncədən planlaşdırıldığı kimi noyabrın 21-də yox, 20-də baş tutacaq. Açılış oyununda ev sahibi Qətər millisi Ekvador yığması ilə qarşılaşacaq.
Bundan əlavə, turnir çərçivəsində baş tutacaq daha bir qarşılaşmanın başlanma vaxtına dəyişiklik edilib. Belə ki, noyabrın 21-də Seneqal və Niderland yığmaları arasındakı matçın saatı Bakı vaxtilə 14:00-dan 20:00-a dəyişdirilib.
Gununsesi.info