Xalq artistinin dəfn tarixi müəyyənləşdi

Gürcüstanın Xalq artisti, müğənni, aktyor və rejissor Vaxtanq Kikabidzenin dəfn tarixi müəyyənləşib.

Gununsesi.info gürcü mediasına istinadən xəbər verir ki, Xalq artisti yanvarın 19-da öz vəsiyyətinə əsasən Tbilisidəki “Veriyski” qəbiristanlığında anasının yanında torpağa tapşırılacaq.

HTML tutorial

Qeyd edək ki, əfsanəvi aktyor və müğənni 84 yaşında həyatını itirib. Sənətçinin bir müddət əvvəl ağır xəstə olduğu qeyd edilib.

Gununsesi.info