BQXK prezidenti Rusiyaya getməyi planlaşdırır

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Mirjana Spolyaric Egger Rusiyaya səfər etməyi düşünür.

Gununsesi.info xəbər verir ki, o, bu barədə “Neue Zürcher Zeitung” qəzetində müsahibəsində bildirib.

HTML tutorial

Spolyariç Egger belə bir səfərin vaxtının hələ müəyyən edilmədiyini bildirib. “Rusiya ilə bütün səviyyələrdə danışmağımız vacibdir”, – BQXK prezidenti bildirib.

Xatırladaq ki, dekabr ayının birinci yarısında Egger Ukraynaya səfər edib.

Gununsesi.info