
Rusiyada hərbi hissədə partlayış olub.
Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Belqorod vilayətində qeydə alınıb.
Belə ki, bir hərbçinin əlindəki qumbara partlayıb. Nəticədə silah-sursat anbarında partlayış baş verib.
Hadisə zamanı 3 hərbçi ölüb, 16 hərbçi yaralanıb.
Faktla bağlı araşdırmalar davam edir.
Gununsesi.info