
Qarabağda planlaşdırılan döyüş təlimləri çərçivəsində rus sülhməramlıları 27 müşahidə məntəqəsində hərtərəfli məşqlər keçirib.
Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Təlim zamanı hərbçilər mümkün pozuntuların, təxribat xarakterli hərəkətlərin qarşısının alınması və müşahidə məntəqəsinə hücumun dəf edilməsini məşq ediblər.
Təlimlərdə Rusiya sülhməramlılarının minaatan bölmələri də iştirak edib.
Gununsesi.info