Nərminin qatili saxlanıldı – Yenilənib

Nərminin qatili saxlanıldı – Yenilənib

Tovuz rayonunda 10 yaşlı Nərmini oğurlayaraq qətlə yetirib meyitini yandıran şəxs saxlanılıb.

Gununsesi.org xəbər verir ki, Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin birgə apardığı istintaq nəticəsində cinayəti törədən şəxs müəyyən edilib.

Aparılan istintaq nəticəsində məlum olub ki, o, 36 yaşlı İlkin adlı şəxsdir. Həmin şəxs Nərmingilin evlərindən 600-700 metr aralıda yaşayır və ailəni yaxından tanıyır. Araşdırma zamanı o da məlum olub ki, mərhum azyaşlı bir neçə gün qaranlıq zirzəmidə saxlanılıb.

Gün ərzində dövlət qurumlarının məsələ ilə bağlı rəsmi məlumat yayacağı gözlənilir.

Gununsesi.org

COMMENTS