
Jurnalist İradə Cəlilin ölüm xəbəri təsdiqini tapmayıb.
Gununsesi.info “Yeniçağ”a istinadən bildirir ki, bu barədə onun yaxınları deyib.
“Ölüm xəbəri yalandır. Hazırda Gürcüstanda yaşayır. Sağ-salamatdır”, – deyə bildiriblər.
********
Uzun illər ölkənin bir sıra tanınmış kütləvi informasiya vasitələrində çalışmış İradə Cəlil vəfat edib.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə jurnalistin yaxınları sosial şəbəkədə yazıb.
Məlumata görə, onkoloji xəstəlikdən əziyyət çəkən jurnalist uzun müddət müalicə alırmış.
Allah rəhmət eləsin!