
Jurnalist Pərviz Həşimli AZAL-ın bu günlərdə açılışı olan Rize hava limanına Azərbaycanın da təyyarə reysləri təşkil etməli olduğunu deyib.
Bu barədə jurnalistin sosial şəbəkə hesabında yazdığı qeydləri təqdim edirik:
Pandemiyaya qədər Kürdəmirdən Qazaxa qədər hər il minlərlərlə insan quru yolla Batuma gedib. Oradan da Qara Dəniz boyunca Trabzonda , Rizede dincəlirdilər.
Prezident Rize hava limanının açılışına qatılıdı. İndi növbə “AZAL”ındır.
Gəncədən Rizeye reys açsın. Yox, etməyəcəksə, imkan versin türk hava şirkətləri özü bu işi görsün..
Gəncədən 50-60 manata reyslər insanlar üçün də əlçatan olar, hava şirkətləri də qazanar…