Ukrayna “Avroviziya”ya ev sahibliyi edə biləcəkmi?

  • By admin
  • 16 May 2022 20:01

Ukraynada davam edən hərbi əməliyyatlara baxmayaraq, ölkə “Avroviziya” mahnı müsabiqəsinə ev sahibliyi edəcək.

Gununsesi.info  xəbər verir ki, bunu Ukrayna mədəniyyət naziri Aleksandr Tkaçenko deyib.

“Əsas odur ki, “Avroviziya” müsabiqəsi keçirmək ilə bağlı təcrübəmiz var, iki dəfə müsabiqəyə ev sahibliyi etmişik. Bu, ən önəmlisidir. Ona görə də növbəti müsabiqəyə ev sahibliyi etmək, hətta bu cür vaxtlarda belə, bizim üçün problem olmayacaq. “Avroviziya”nın Ukraynada keçirilməsi üçün hər şeyi edəcəyik”, – nazir qeyd edib.

Gununsesi.info