
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov təqaüdə göndərilən general Mirqafar Seyidovun yerinə təyinat həyata keçirib.
DİN-in mətbuat xidmətindən Gununsesi.info-ya bildirilib ki, nazirin əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Zaur Abdullayev vəzifəsindən azad edilərək Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.
Onun yerinə isə BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi polis polkovniki Sərdar Səfərov təyin edilib.
Qeyd edək ki, bir neçə gün öncə Nəqliyyatda Baş Polis İdarəsinin sabiq rəisi general-mayor Mirqafar Seyidov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.
Gununsesi.info