
Anar Rüstəm oğlu Nağıyev Bakı Slavyan Universitetinin rektoru təyin edilib.
Gununsesi.info-nun xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Qeyd edək ki, Anar Nağıyev 2021-ci il iyunun 24-də təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Bakı Slavyan Universitetinin ( BSU) rektoru vəzifəsini müvəqqəti icra edən təyin olunmuşdu.
BSU-dakı təyinatadək Anar Nağıyev Təhsil Nazirliyinin Elm,ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini vəzifəsində işləyib.
Gununsesi.info